Əhalinin banklardakı əmanətlərinin məbləği 13%-dən çox artıb

Əhalinin banklardakı əmanətlərinin məbləği 13%-dən çox artıb
  17 Dekabr 2024    Oxunub:344
Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 266 milyon manat təşkil edib.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub.

Qeyd olunub ki, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti