İveçrə XİN : "Münaqişəni həll edən Azərbaycan və Ermənistandır"

  İveçrə XİN  : "Münaqişəni həll edən Azərbaycan və Ermənistandır"
  17 Dekabr 2024    Oxunub:469
5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.

Nazir deputatların Dağlıq Qarabağ üzrə beynəlxalq konfransın çağırılması təşəbbüsünü rədd edərək bildirib ki, münaqişəni həll edən Ermənistan və Azərbaycandır.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





AzVision.az



Teqlər:





Xəbər lenti