"Regionlarda vəkil çatışmazlığı nisbətən aradan qaldırılacaq"

"Regionlarda vəkil çatışmazlığı nisbətən aradan qaldırılacaq"
  18 Dekabr 2024    Oxunub:427
"İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 58,4 faiz, respublikanın digər regionları üzrə isə 41,6 faizdir".
AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur:

"Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 16,7 faizi xarici, 83,3 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 47,9 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 69,1 faizini təşkil edir. Qadın namizədlər 25 faiz, kişi namizədlər isə 75 faizdir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti