Qordon: “Ukraynaya bir neçə min erməni hərbçi gələcək”
- Ukrayna işğal edilmiş, lakin tanınmayan bu əraziləri tərk etməli olacaq. Heç kim bu əraziləri Rusiya ərazisi kimi tanımır, xüsusən də Qərbdə. İkincisi, NATO ölkələrinin qoşunları sözsüz ki, Ukrayna ərazisinə daxil olacaq”, - ukraynalı jurnalist deyib.
Onun sözlərinə görə, bu gün Avropa dövlətlərinin liderləri ilə mühüm görüş keçirəcək Ukrayna prezidenti Volodimir Zelenski onlarla Şimali Atlantika Alyansı qoşunlarının Ukrayna ərazisinə daxil olması prosesi müzakirə edəcək.
“Özü də bildirildiyi kimi 40 min yox, 150 min, hətta 170 min NATO əsgəri Ukrayna ərazisinə daxil olaraq döyüş təmas xəttində yer alacaq. Amma bu, yalnız müqavilə bağlanandan sonra baş verəcək. Bunlar prezident Makronun simasında bu aksiyanın təşəbbüskarı olan Fransadan, eləcə də Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Hollandiya, Norveç, Danimarka, İsveç və Finlandiyadan gələn hərbçilər olacaq”, - Qordon bildirib.
Ukraynalı jurnalsitin iddiasına görə, hətta Ermənistanın da bu missiyada iştirakı istisna edilmir. Çünki Gransa prezidentin Makron artıq Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib və sonuncu “hə” cavabını verib. “Dəhşətli sirr” açdığını bildirən Dmitri Qordon Ermənistandan bir neçə min nəfərin gəlməsi ehtimalını qeyd edərək, döyüş təmas xəttində məhz belə kontingent dayanmalı olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Ermənistan hərbçilər