Narkoloji və QİÇS-dən müalicə alan şəxslərin sayı açıqlanıb

Narkoloji və QİÇS-dən müalicə alan şəxslərin sayı açıqlanıb
  19 Dekabr 2024    Oxunub:771
Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə 849 nəfər müalicə alır.
AzVision.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, onlardan 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində,143-ü Sumqayıt Narkoloji Mərkəzindədir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.

AzVision.az



Teqlər:





Xəbər lenti