xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin “Al Jazeera” telekanalına müsahibəsində belə bəyanat səsləndirib.
“PKK-nın Suriyada genişlənməsi, SDQ Türkiyə üçün ciddi təhlükə yaradır. İndi Dəməşqdə yeni administrasiya var. Düşünürəm ki, bu, ilk növbədə onları narahat edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə düzgün məşğul olsalar, o zaman bizim müdaxilə etməyimizə səbəb qalmayacaq”, - Hakan Fidan ölkəsinin Suriyada hərbi əməliyyata hazırlaşması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Türkiyəli nazir Suriyanın yeni hakimiyyət orqanlarının bu problemi həll etmək üçün ölkə ərazisi üzərində tam nəzarəti bərqərar etməli olub-olmaması ilə bağlı suala müsbət cavab verib.
Türkiyə ABŞ-ni kürdlərə dəstəyi dayandırmağa çağırır - "Bloomberg" |
Sahil İsgəndərov
AzVision.az