Culani: “Qadınlar təhsil almalıdır”

   Culani:    “Qadınlar təhsil almalıdır”
  19 Dekabr 2024    Oxunub:343
Suriyanın “Həyat Təhrir əş-Şam” silahlı qrupunun lideri Əhməd əl-Şaraa (Məhəmməd əl-Culani) Suriyanı Əfqanıstana çevirmək istədiyi barədə iddiaları təkzib edir.
AzVision.az xəbər verir ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa “BBC” telekanalına müsahibəsində belə söhbətlərin həqiqəti əks etdirmədiyini və qadınların təhsil almasının tərəfdarı olduğunu bildirib.

“Əfqanıstanın qəbilə cəmiyyəti olduğunu nəzərə alsaq, bu iki ölkə çox fərqlidir və fərqli ənənələrə malikdir. Suriyanın fərqli mentaliteti var, biz qadınların təhsil almasına inanırıq. İdlibdə 8 ildən çoxdur ki, universitetlərimiz var. Məncə universitetlərimizdə qadınların sayı 60%-i ötür”, - Əhməd əl-Şaraa vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Culani   qadınlar   təhsil  





Xəbər lenti