Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti Ali Məhkəmədə
Qonaqlara Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə mühüm tədbirlər görülür.
Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığından bəhs edilib, hakimliyə namizədlərin biliklərinin artırılması, eyni zamanda, Türkiyənin məhkəmə təcrübəsinin öyrənilməsi məqsədilə səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyətinin rəhbəri Muhittin Özdemir ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
AzVision.az
Teqlər: