Paşinyan: “Ermənistan ordusunda islahatlar zəruridir”

   Paşinyan:    “Ermənistan ordusunda islahatlar zəruridir”
  19 Dekabr 2024    Oxunub:268
Ermənistan ordusu təkcə struktur deyil, həm də funksional cəhətdən transformasiya olunmalıdır.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə iddia səsləndirib.

“Ordu regional vəziyyəti və sülh gündəminin məntiqini nəzərə alaraq bizim siyasi və strateji qavramamız çərçivəsinə uyğunlaşmalıdır. Biz açıq şəkildə bildirdik ki, Ermənistan ordusunun əsas missiyası ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq, habelə bununla bağlı təhlükəsizlik məsələlərini həll etməkdir”, - Nikol Paşinyan bildirib.

Onun sözlərində görə, hökumət strateji dəyişikliklər və regional vəziyyətin hərtərəfli qiymətləndirilməsi əsasında təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri davam etdirməyə hazırdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Paşinyan hökuməti hazırda müdaifə qabiliyyətli ordu yaratmaq üçün Ermənistanın yüzilliklər ərzində ənənəvi havadarı olmuş Rusiyaya yox, Qərbə, xüsusən də ABŞ-nin indiki hakimiyyətinə və Fransanın prezidenti Emmanuel Makrona güvənir. Onlar isə bölgədə təhlükəsizliyin təminatı bəhanəsi ilə Ermənistanı silhalnadırmaqla, oradakı radikalları və reavnşistləri dəstəkləməklə Cənubi Qafqazda yeni və daha qanlı müharibənin alovlandırılmasına çalışırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   ordu   transformasiya  





Xəbər lenti