Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib
19 Dekabr 2024
Oxunub:1035
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın hərbi qulluqçusu təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.