Rusiyadan Ukraynanın dövlət qurumuna kiberhücum olub

Rusiyadan Ukraynanın dövlət qurumuna    kiberhücum    olub
  20 Dekabr 2024    Oxunub:364
Ukraynanın Ədliyyə nazirliyi son vaxtlar dövlət reyestrlərinə təsir edən ən böyük xarici kiberhücuma məruz qalıb.
AzVision.az bildirir ki, Ukraynanın Ədliyyə naziri Olqa Stefanşina belə açıqlama verib.

“Hücumun ruslar tərəfindən dövlətin kritik infrastrukturunun fəaliyyətini pozmaq məqsədi ilə həyata keçirildiyi artıq aydındır. Rusiya tərəfi bu vəziyyətdən Ukrayna və xaricdəki vətəndaşlar arasında çaxnaşma yaratmaq üçün informasiya əməliyyatlarında istifadə etməyə çalışır”, - Olqa Stefanşina yazıb.

Nazir bildirib ki, ilk növbədə vətəndaşlıq reyestrinə, hüquqi və fiziki şəxslərin reyestrinə və daşınmaz əmlaka dair hüquqların reyestrinə giriş bərpa olunacaq. İlkin hesablamalara görə, bərpa iki həftəyə qədər vaxt aparacaq.

Sahil İagəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   kiberhücum  





Xəbər lenti