Berse: “Gürcüstan hakimiyyəti vəd verib”
“Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan nümayəndələri ilə Avropa Şurası, o cümlədən Venetsiya Komissiyası arasında işçi qrup yaradılacaq və qanunvericiliyə hansı dəyişikliklərin edilməsi lazım olduğu müəyyənləşəcək. Ümid edirəm ki, oxşar proseslər digər sahələrdə də həyata keçirilə bilər”, - Alen Berse deyib.
Avropalı məmur bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, seçki islahatları, o cümlədən həbsxana və probasiya sistemlərində islahatlar sahəsində də belə addımların atılacağını ümidli olduğunu bildirib. həyata keçirilə bilər.
Maraqlıdır ki, Gürcüstana səfərinin məqsədini xatırladan Berse, bu ölkədə keçirilmiş “seçkiləri legitimləşdirmək” niyyətində olmadığını iddia edib.
- İndi Gürcüstan üçün kritik vaxtdır. Gürcüstan siyasi gərginlik, qütbləşmiş ictimai müzakirələr və yüksək səviyyəli zorakılıqla doludur. Mən burada ilk növbədə Gürcüstana və onun xalqına dəstəyimi ifadə etmək üçün gəlmişəm. Onlar sabit və demokratik ölkədə yaşamağa layiqdirlər. Gürcüstan 25 ildir ki, Avropa Şurasının tamhüquqlu və çox dəyərli üzvüdür. Mən buraya seçkiləri legitimləşdirmək üçün yox, digər səlahiyyətli qurumların seçki müşahidəsi ilə bağlı rəy yazması üçün gəlmişəm”, - AŞ-nin baş katibi vurğulayıb.
Başqa sözlə desək, iki gün əvvəl Gürcüstana rəsmi səfərə gələrək, baş nazir İrakli Kobaxidze ilə iki dəfə, “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili, eləcə də müxalifət nümayəndələri ilə görüşən Berse, əslində rəsmi Tbilisiyə təzyiq etmək və Gürcüstan hökumətinin əleyhinə müxalifətdən növbəti “dosye”lər toplamaq niyyətini açıq-aşkar bəyan edib.
Yeri gəlmişkən, bundan əvvəl Almaniya kansleri Olaf Şolz Gürcüstan hökuməti ilə bağlı əlavə qərarlar qəbul etmək üçün Aİ-nin AŞ-nin baş katibi Alen Bersenin hesabatını gözlədiyini vurğulamışdı.
Sahil İsgəndərov
AzVision.az