BVF Ukraynada müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırıb

BVF Ukraynada müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırıb
  21 Dekabr 2024    Oxunub:345
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna iqtisadiyyatının inkişafı lontekstində müharibənin nə qədər davam edəcəyindən asılı olan iki ssenari hazırlayıb.
AzVision.az xəbər verir ki, qurumun açıqladığı təhlildə ehtiva olunan və Fondun analitiklərinin daha çox ehtimal etdikləri baza ssenarisi müharibənin 2025-ci ilin ortalarına qədər gedəcəyini nəzərdə tutur.

Bu halda, son hücumlara baxmayaraq, qışda enerji qıtlığının iqtisadi təsiri, öz istehsalı gücünə biznes sərmayəsi, Avropadan idxal potensialının artırılması və təmir səyləri səbəbindən əvvəllər düşünüldüyündən daha məhdud ola bilər.

Daha mənfi proqnoza əsasən, müharibə daha uzun müddət - 026-cı ililin ortasına qədər davam edəcək. Bu ssenaridə iqtisadi fəaliyyət üçün daha uzun və daha güclü şokun yaşanacağı bildirilir.

Birinci ssenariyə görə, ümumi xarici maliyyə çatışmazlığının 148 milyard dollar təşkil edəcəyi halda, neqativ proqnozun reallaşacağı təqdirdə bunun 177,2 milyard dollar olacağı vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: BVF   Ukrayna   müharibə  





Xəbər lenti