Tarixi bina nə zaman sürüşdürüləcək?-FOTOLAR

Tarixi bina nə zaman sürüşdürüləcək?-FOTOLAR
  20 Aprel 2013    Oxunub:1866
Sürüşdürməli olan binanın uzunluğu 52 metr, eni 35 metr, hündürlüyü 20 metr, çəkisi isə 18 min tondur.
Bu gün Bakıda Füzuli küçəsində yerləşən tarixi binanın sürüşdürülməsi planlaşdırılırdı. Bununla bağlı AzVision.az-ın əməkdaşları Füzuli küçəsində yerləşən binada olublar. Ərazidə olduğumuz zaman binanın köçürülməsini yerinə yetirəcək Niderlandın “Bresser Eurasia” şirkətinin əməkdaşlarına rast gəlmədik. Ərazidə olan işçilərdən öyrəndik ki, bina bu gün sürüşdürülməyəcək. Binanın nə zaman sürüşdürüləcəyinə gəlincə, işçilər bunun məlum olmadığını dedilər.

Xatırladaq ki, relokasiya əməliyyatını həyata keçirəcək “Bresser Eurasia” şirkətinin rəhbəri Herman Bresser jurnalistlərə açıqlamasında bildirib ki, binanın köçürülməsi təxminən 5 gün davam edəcək. Binanın təqribən 10,6 metr kənara çəkiləcəyi gözlənir. Buna səbəb ərazidəki yolun genişləndirilməsidir. Binanın uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metrdir. Onun çəkisi 18 min tondur. Şirkət 30 ildə Qərbi Avropada və digər ölkələrdə 35 binanın köçürülməsini həyata keçirib. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılaraq lazım olan yerə çəkiləcək. Fizuli küçəsindəki bina 1908-ci ildə tikilib. O Bakı milyonçuları olan Hacınski qardaşlarına məxsus olub.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti