"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb

Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
41-ci dəqiqədə Yassin Benzia hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb.
Birinci pillədə qərarlaşan "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. Naxçıvan klubu 39 xalla ikinci sıradadır.
Günün ilk görüşündə "Şamaxı" evdə "Sabah"ı məğlub edib - 3:1.
Qeyd edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"dən üstün olub - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.
AzVision.az
Teqlər: