ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
  23 Dekabr 2024    Oxunub:788
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır.
AzVision.az "Financial Times"a istinadən xəbər verir ki, Trampın ətrafı ölkənin təşkilatdan çıxmağını yanvarın 20-də inauqurasiya günü elan etməyi planlaşdırır.

Ekspertlər ABŞ-nin qurumu tərk etmək planını qlobal sağlamlıq üçün "fəlakətli" adlandırıblar, çünki ölkə ÜST-nin ən böyük donorudur.

AzVision.az



Teqlər:





Xəbər lenti