NİİM vətəndaşlara müraciət edib

   NİİM vətəndaşlara müraciət edib
  23 Dekabr 2024    Oxunub:414
Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfərə çıxanların sayının çox olacağı gözlənilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində deyilir.

Qeyd olunub ki, həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfərə çıxanların çox olması ilə əlaqədar, xüsusilə axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur

№Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti