Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir
Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırki dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.
Beləliklə, bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində 1-ci dəfə ümumi məbləğin 10 %-i, ikinci dəfə 20 %-i, 3-cü və daha çox dəfə yol verdikdə isə 40 %-i miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Dəyişiklik vergi nəzarəti mexanizmlərinin effektiv qurulmasını, bu sahədə şəffaflaşmanın artırılmasını, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsini hədəfləyir.
AzVision.az
Teqlər: