“Həsrət yağışı” təqdim olundu

“Həsrət yağışı” təqdim olundu
  23 Dekabr 2024    Oxunub:377
Bakının məşhur təqdimat mərkəzlərindən olan “Kashalata” kafedə təqaüdçü müəllimə Sevinc İsgəndər qızı Bayramovanın (Sevinc Afət) “Həsrət yağışı” adlı şeirlər kitabının təqdimatı keçirilib.
“AVE Print” mətbəəsində nəşr edilən kitaba naşir Hacı İsmayıl Allahverdi ön söz yazıb.

Vətən sevgisindən, tələbəlik illərindən, bacı həsrətindən və Allaha münacatlardan ibarət şeirlər toplusu müəllifin ilk kitabıdır.


Olduqca səmimi atmosferdə keçən təqdimat mərasimində müəllifin tələbə yoldaşları olan alimlər, ziyalılar kitabdakı şeirlər haqqında danışıb, ürək sözlərini və təbriklərini çatdırıblar.

Tədbirin sonunda müəllif hər bir iştirakçıya ürək sözləri yazılan kitabını hədiyyə edib.


Teqlər: Kitab  





Xəbər lenti