66 yaşlı Ramiz Əzizbəyli
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov "azvision.az"a bildirib ki, artıq aktyorun müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib: "Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar".