Slovakiyada Rusiyanın lehinə 360 mindən çox imza toplanıb

Slovakiyada Rusiyanın lehinə 360 mindən çox imza toplanıb
  23 Dekabr 2024    Oxunub:333
Slovakiyanın 360 mindən çox sakini Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvi tələbi ilə petisiya imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiyanın “Brother for Brother” vətəndaş təşkilatının nümayəndəsi Yuray Drjik məlumat verib.

“Hazırda 361 min imza toplanıb. Referendum keçiriləcək. 350 min imza toplamalı idik ki, prezident referendum prosesinə başlamaq üçün müvafiq fərman verə bilsin”.

Onun sözlərinə görə, proses 600 mindən çox imza toplanana qədər davam edəcək.

Müraciətin yanvarda prezidentə təqdim edilməsi planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti