Türkiyənin dəstəyi ilə 300 minlik Suriya ordusu yaradılır

   Türkiyənin dəstəyi ilə 300 minlik Suriya ordusu yaradılır
  24 Dekabr 2024    Oxunub:394
Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmağa kömək edəcək. Onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər cəlb olunacaq.
AzVision.az xəbər verir ki, “Türkiye” qəzeti Suriya rəsmilərinə istinadən belə məlumat yayıb.

“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki çətin vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - Suriyanın yeni rəhbərliyinin təmsilçısi general Əhməd Osman nəşrə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin onurğa sütunu formalaşdırılacaq, ən qısa müddətdə isə onların sayı 150-200 minə çatacaq.

- İdlibdən olan “Həyat Təhrir əş-Şam (HTŞ)”, Suriya Milli Ordusunun (SMO) 50 min əsgəri, həmçinin rejimin cinayətlərində əli olmayan hərbçilər və kəşfiyyatçılar. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi böyük əhəmiyyət kəsb edir”, - general vurğulayıb.

“Türkiye” qəzeti yazır ki, Türkiyə hərbi kontingenti Suriyanın beş həyati nöqtəsində yerləşdiriləcək. Daha əvvəl “HTŞ-nin hərbi qanadına rəhbərlik edən Murhaf Əbu Kəsranın Suriya keçid hökumətində Müdafiə naziri vəzifəsinə təyin edildiyi məlum olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiy   Suriya   ordu  





Xəbər lenti