Ukrayna Kurskda 43 510-dan çox hərbçi itirib

Ukrayna Kurskda    43 510-dan    çox hərbçi itirib
  24 Dekabr 2024    Oxunub:325
Ukrayna Silahlı Qüvvələri (VSU) son bir gündə Kursk vilayətində 200-dən çox hərbi qulluqçusunu itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kiyev 10 milyon qaçqını geri qaytarmaq istəyir - "El Pais"
Nazirliyin məlumatına görə, Ukrayna ordusu avqustun əvvəlindən Kursk yaxınlığında 43 510-dan çox hərbi qulluqçu, 253 tank, 194 piyada döyüş maşını, 136 zirehli transportyor, 1316 zirehli döyüş maşını, 42 reaktiv yaylım atəş sistemi, 13 buraxılış qurğusu itirib.

Bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirmişdi ki, 2024-cü ilin əvvəlindən bəri təxminən 4,4 min rusiyalı mülki şəxs hücumlar nəticəsində yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti