ABŞ İsrailə Suriyanın yeni rəhbərliyi ilə dostluq etməyi məsləhət görüb

ABŞ İsrailə Suriyanın yeni rəhbərliyi ilə    dostluq etməyi    məsləhət görüb
  24 Dekabr 2024    Oxunub:344
Səlahiyyətlərinin bitməsinə bir aydan da az vaxt qalan Co Bayden administrasiyası İsraili Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ilə əlaqələri inkişaf etdirməyə çağırıb.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, Ağ Ev öz tövsiyyəsinin praqmatik yanaşmadan irəli gəldiyini iddia edib.

“Əş-Şaara ilə əməkdaşlığınız və əlaqələriniz İsrailin bütün regionda təsirini gücləndirəcək. O, region ölkələri ilə strateji əlaqələri inkişaf etdirmək istəyən praqmatik liderdir. Onunla əlaqələr qurmaq İranın Suriyaya qayıtmasının qarşısını alacaq”, - amerikalı rəsmilərin israilli məmurlara göndərdiyi məktubda vurğulanır.

Qeyd edək ki, Əsəd rejiminin devrilməsindən bir neçə gün sonra Əş-Şaraa İsraillə münaqişəyə girmək niyyətinin olmadığını bildirib.

- Xalq indiki müharibədən yorulub, ölkə hazır deyil və başqa bir müharibəyə girmək niyyətində deyil. Ölkə inkişaf və dirçəliş yolu ilə və sabitliyə doğru gedir”, - Suriyanın indiki lideri “Sky News” telekanalına müsahibəsində deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İsrail   Suriya  





Xəbər lenti