Təyyarə qəzası: Səbinə Əliyeva qazaxıstanlı həmkarı ilə əlaqə saxlayıb

      Təyyarə qəzası:    Səbinə Əliyeva qazaxıstanlı həmkarı ilə əlaqə saxlayıb
  25 Dekabr 2024    Oxunub:435
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
Ombudsman Aparatından AzVision.az -a verilən xəbərə görə, birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub.

Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti