Rusiyanın xarici aktivlərinin müsadirəsi ABŞ-də defolta səbəb ola bilər

Rusiyanın xarici aktivlərinin müsadirəsi ABŞ-də    defolta    səbəb ola bilər
  25 Dekabr 2024    Oxunub:353
Rusiyanın suveren aktivlərinin kollektiv Qərb tərəfindən mümkün müsadirəsi dollar inflyasiyasının sürətlənməsinə gətirib çıxarmaqla yanaşı, gələcəkdə Amerikanı hətta defolt təhlükəsi ilə üzləşdirə bilər.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən bildirir ki, Amerikanın Silikon Vadisindəki - Kaliforniyanın şimalında ABŞ-nin yüksək texnologiyalar sənayesinin cəmləşdiyi mərkəz – vençur fondlarından birinin rəhbəri belə proqnoz verib.

“Hesab edirəm ki, Rusiya aktivlərinin müsadirəsi dollara və dollarla ödəniş sisteminə inamın kəskin azalmasına gətirib çıxaracaq və nəticədə dolların ehtiyat valyuta statusunun itirilməsini sürətləndirəcək. Bu da öz növbəsində dollar inflyasiyasının, faiz dərəcələrinin əhəmiyyətli dərəcədə artmasına və ehtimal ki, ABŞ-nin suveren öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxaracaq”, - amerikalı sahibkar vurğulayıb.

O, Vaşinqtonun Rusiyanın suveren aktivləri ilə bağlı hərəkətlərini "Qərbə qısamüddətli nisbətən az fayda gətirəcək, lakin uzunmüddətli problemlərə gətirib çıxaracaq uzağı görə bilməmək siyasəti” kimi qiymətləndirib.

ABŞ Ukraynaya 20 milyard dollar kredit ayıracaq - Nazirlik
Xatırladaq ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə olunması barədə iddialar kollektiv Qərb ölkələrinin sıralarında ikitirəlik yaradıb. Bununla belə, G7 ölkələri bu il oktyabrın 25-də həmin aktivlərin yerləşdirilməsindən götürüləcək qazancın hesabına Kiyevə 50 milyard dollar həcmində kredit verilməsi barədə razılığa gəliblər. Dekabrın 10-da isə ABŞ-nin Maliyyə nazirliyi analoji qaydada Ukraynaya 20 milyard dollar kredit ayırdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   defolt  





Xəbər lenti