Təyyarə qəzasında xəsarət alanların bəziləri artıq Bakıdadır - VİDEO

 Təyyarə qəzasında xəsarət alanların bəziləri artıq Bakıdadır    - VİDEO
  25 Dekabr 2024    Oxunub:434
Xəbər verdiyimiz kimi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.
RİA Novosti-nin yaydığ məlumata görə, qəzada sağ qalanların bir hissəsi artıq Bakıya çatdırılıb.

"Təyyarədə olan sərnişinlərdən birinin əmisinin videosu yayılıb. O, qəza yerindən çəkilmiş videoda qardaşı oğlunu tanıdığını deyir. Kişi qeyd edib ki, oğlan sağdır hətta gəzir də. İndi həmin kişi Qroznı hava limanındadır", - nəşr yazıb.

Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti