BMT-dən Qəzza çağırışı

BMT-dən Qəzza çağırışı
  21 İyul 2014    Oxunub:797
BMT Təhlükəsizlik Şurası (TŞ) Qəzza sektorundakı vəziyyətlə bağlı təcili iclas keçirib.
AzVision.az “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Şura üzvləri regionda atəşkəs rejiminin bərpa edilməsini tələb edir.

TŞ üzvləri Qəzzada ölən dinc sakinlərin sayının artması ilə ələqədar öz narahatlığını bildirib.

Qeyd edək ki, daha əvvəl Fələstin prezidenti Mahmud Abbas dinc sakinlərin ölümü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəmişdi.

Hazırda İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 469-a çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti