The Telegraph: "Əsədin həyat yoldaşı ağır xəstədir"

      The Telegraph:    "Əsədin həyat yoldaşı ağır xəstədir"
  26 Dekabr 2024    Oxunub:400
"Bu ilin may ayında kəskin mieloid leykozu diaqnozu qoyulan xanım Əsma Əsədin xəstəliyi, müalicəyə baxmayaraq, yenidən şiddətlənib. Onun sağ qalma şansı 50%-dir".
Adı gizli saxlanılan məlumatlı mənbələrin Britaniyanın "The Telegraph" qəzetinə açıqlamasına görə, Suriyanın keçmiş birinci xanımı hazırda Moskvada "tamamilə təcrid şəraitində müalicə altındadır".

"Vəziyyəti çox ağırdır, ölmək üzrədir. Yaşamaq şansı 50/50-dir. Vəziyyətinə görə yalnız həkimlərlə ünsiyyət qurmasına icazə verilir", - "The Telegraph" yazır.

Xatırladaq ki, dekabrın 8-də Suriyada 24 illik Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsi nəticəsində sabiq prezident Bəşər Əsəd Moskvaya qaçıb. Həyat yoldaşı Əsma Əsədin isə "məhz müalicə məqsədilə bir müddət əvvəldən bəri orada olduğu" deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   birinci-xanım   xəstəlik  





Xəbər lenti