Azərbaycan səfiri Rusiya ictimaiyyətinə həmrəyliyə görə təşəkkür edib

 Azərbaycan səfiri Rusiya ictimaiyyətinə həmrəyliyə görə təşəkkür edib
  26 Dekabr 2024    Oxunub:362
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev AZAL-a məxsus sərnişin təyyarəsində insanların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəy olduqlarına və başsağlığına görə Rusiya dövlət rəsmilərinə, ictimaiyyətə və ölkə sakinlərinə minnətdarlığını bildirib.
TASS-ın yaydığı məlumata görə, Rəhman Mustafayev bunu Sankt-Peterburqdan olan media nümayəndələri ilə MDB-nin Leninqrad vilayətində qeyri-rəsmi sammitində görüşü zamanı deyib.


Səfir görüşdə xatırladıb ki, faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin sammitdə iştirakı ləğv edilməli olub.

Qəzaya uğrayan təyyarədə çeçen uşaqlar da olub - VİDEO
“Prezidentin təyyarəsi havadaikən geri dönüb və Bakıya qayıdıb. Bundan sonra hadisə ilə bağlı xüsusi komissiya yaradılıb, faciənin səbəbləri aydınlaşdırılır. Ölkədə bir günlük matəm elan edilib”, - səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. Onlardan 32 nəfər sağ qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfir   Azərbaycan  





Xəbər lenti