Təyyarə qəzasında ölən 7 nəfərin şəxsiyyəti müəyyənləşib

   Təyyarə qəzasında ölən  7 nəfərin  şəxsiyyəti müəyyənləşib
  26 Dekabr 2024    Oxunub:435
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 38 nəfərdən 7-nin şəxsiyyəti müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Təyyarə qəzasından sağ çıxan rusların vəziyyəti ağırdır" - Kuznetsov
Hazırda hadisə yerində xilasetmə işləri Rusiya tərəfindən aparılır: “Təyyarənin qəzaya uğradığı yerdə xilasetmə işlərini Rusiya Federasiyasının Mərkəzi Əməliyyat Qərargahının qrupları həyata keçirir”.

O da qeyd edilib ki, bütün meyitlər məhkəmə-tibbi ekspertiza mərkəzinə göndərilib.

“Onların arasında altı Qazaxıstan vətəndaşı və üç ekipaj üzvü də var”, - Fövqəladə Hallar Nazirliyinin məlumatında yazılıb.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. Onlardan 32 nəfər sağ qalıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Təyyarə  





Xəbər lenti