Netanyahu Ərdoğandan şikayətləndi

Netanyahu Ərdoğandan şikayətləndi
  21 İyul 2014    Oxunub:1137
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefonla danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrailin Qəzzaya hücumunu nasizm kimi qiymətləndirməyini də müzakirə edib: “Ərdoğanın sözləri antisemitizm və soyqırım xatirəsinə təhqirdir”.

Netanyahu ötən gün keçirdiyi mətbuat konfransında da Con Kerri ilə Ərdoğanın fikirlərini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri R.T.Ərdoğan İsrailin Qəzzaya hücumundan danışarkən “İsrail barbarlıqda Hitleri qabaqlayıb” – deyərək hadisələri şərh etmişdi.

ABŞ dövlət katibinin sözçüsü Ceyn Psaki isə Ərdoğanın sözlərinin səhv olduğunu bildirmişdi: “Bu fikirlərin çox səhv olduğunu düşünürük. Təxribatçı xarakterləri sözlərin faydası yoxdur və belə çıxışlar atəşkəsin bərpa olunması üçün səylərdən diqqəti yayındırır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti