İlham Əliyev Çinə başsağlığı verdi

  20 Aprel 2013    Oxunub : 206
İlham Əliyev Çinə başsağlığı verdi
Prezident İlham Əliyev Çində baş vermiş zəlzələyə görə Çin xalqına baş sağlığı verib
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Hörmətli cənab Sədr, Sıçuan vilayətində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Teqlər: