İtaliya səfirliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı endirib
"Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq İtaliya səfirliyi bayraqları yarıya endirib. Düşüncələrimiz faciəli təyyarə qəzasının qurbanları və zərərçəkənlərin ailələri ilədir", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
AzVision.az
Teqlər: