Əsədin tərəfdarları müqavimət göstərməyə çalışırlar

Əsədin  tərəfdarları müqavimət göstərməyə çalışırlar
  27 Dekabr 2024    Oxunub:361
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqdən 165 km aralı olan eyni adlı vilayətin Höms şəhərinin şimal-qərbində keçmiş rejimin tərəfdarlarını təqib edir.
AzVision.az “Al Watan” qəzetinə istinadən xəbər verir ki, Balkasa kəndində bir qrup silahlı şəxslə toqquşma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı həlak olub.

“Dəməşqdəki Hərbi Əməliyyatlar Departamenti keçmiş prezident Bəşər Əsədin orada gizlənən tərəfdarlarını məhv etmək üçün Höms əyalətinə böyük əlavə qüvvələr göndərib”, - qəzetdə dərc olunan xəbərdə deyilir.

Bundan əvvəl Tartus əyalətində Suriya Daxili İşlər nazirliyinin 14 əməkdaşının Bəşər Əsəd rejimi tərəfdarlarının qurduğu pusquda öldürüldüyü, 10 polis əməkdaşının isə yaralandığı bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   tərəfdarlar   müqavimət  





Xəbər lenti