“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib
Sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək dünyada türk mədəniyyətinin tanınması, dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə Sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də çıxışında gənclərin türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin iştirakı ilə “Tağıyev: Neft” bədii filminin nümayişi olub.
AzVision.az
Teqlər: gənc Türk Mədəniyyət