Kişineu Rusiyanı əsas təhdid mənbəyi sayır
Sənəddə bildirilir ki, Moldovanın milli təhlükəsizliyinə əsas təhdidlər Rusiya faktoru ilə bağlı məqamlarıdr - Ukraynadakı müharibə və Moldova ilə həmsərhəd Odessa vilayətinin ərazisində müharibənin genişləndirilməsi riskləri, Rusiyanın hibrid hücumları, tanınmamış Dnestryanı və oradakı hərbi birləşmələrdir. Bu təhlükələr ölkə üçün ekzistensial təhdid kimi qiymətləndirilir.
Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin artırılması üçün müdafiə xərclərinin və hərbi bazaların sayının artırılması, hərbi təhsilin təkmilləşdirilməsi təklif olunur.
Sənəddə hazırkı geosiyasi şəraitdə NATO-nun təcavüzün qarşısını almaqda həlledici rol oynadığı vurğulanır. Eyni zamanda, Moldovanın neytral statusunun tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığa maneə olmadığı bildirilir.
“Milli Müdafiə Strategiyası” 2034-cü ilə qədər ölkənin Aİ-nin hərbi strukturlarına 100% inteqrasiyası hədəfi ehtiva edilir.
Sahil İsgəndərov
AzVision.az