Özbəkistanın Baş naziri və XİN başçısı Azərbaycana başsağlığı verib

   Özbəkistanın Baş naziri və XİN başçısı Azərbaycana başsağlığı verib
  27 Dekabr 2024    Oxunub:359
Özbəkistanın Baş naziri Abdulla Aripov dekabrın 27-də Daşkənddəki Azərbaycan səfirliyinə gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib.
Baş nazir, həmçinin xatirə kitabında qeyd qoyub. Azərbaycan səfirliyini, həmçinin Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov da ziyarət edib. Qeyd edilib ki, o, dərin hüznlə başsağlığı verib və xatirə kitabına qeyd qoyub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti