Almaniya prezidenti parlamenti buraxıb

Almaniya prezidenti parlamenti buraxıb
  27 Dekabr 2024    Oxunub:383
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda Kansler Olaf Şoltsa qarşı etimadsızlıq səsverməsindən sonra parlamenti buraxmaq qərarına gəlib və növbədənkənar seçkini 23 fevral 2025-ci il tarixinə təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə "Zeit" qəzeti yazıb.

Parlamentin buraxılması təşəbbüsünü prezidentə kansler Olaf Şolz göndərib. Şolza etimad tələbinin əleyhinə 717 deputatdan 394-ü səs verib, 207-si dəstəkləyib, 116-sı bitərəf qalıb.

Qeyd edək ki, hazırda Almaniya kəskin siyasi böhran yaşayır. Bu, hakim koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Ukraynaya əlavə yardım məsələsində fikir ayrılığı ilə əlaqədardır. Noyabrın 6-da Olaf Şoltsun Azad Demokrat Partiyasının nümayəndəsi Kristian Lindneri maliyyə naziri vəzifəsindən azad etmək qərarından sonra koalisiya dağılıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Almaniya  





Xəbər lenti