London Ukraynaya verdiyi PUA-ların sayını açıqlayıb

London Ukraynaya verdiyi PUA-ların sayını açıqlayıb
  28 Dekabr 2024    Oxunub:341
Böyük Britaniyanın Müdafiə nazirinin müavini Lyuk Pollard ölkəsinin 2022-ci ildən bəri Ukraynaya dörd mindən çox pilotsuz uçuş aparatı (PUA) ötürdüyünü bildirib.
AzVision.az xəbər verir ki, Pollard Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Ceyms Kartlicin müvafiq deputat sorğusuna cavab olaraq Kiyevə ötürülən dronların sayını açıqlayıb.

“2022-ci ilin fevral ayından Böyük Britaniya Ukraynaya kəfiyyat, müşahidə və parametrləri müəyyənləşdirmə, logistika və həm quru, həm də dəniz fəaliyyətləri üçün hücum dronları da daxil olmaqla geniş imkanlara malik 4000-dən çox PUA təqdim edib. Bu PUA-ların əksəriyyəti hücum dronlarıdır; onlar ya bilavasitə öldürücü təsir göstərir, ya da buna nail olmağa töhfə verirlər. Bu dronların az hissəsi əsasən logistik məqsədlər üçün nəzərdə tutulub”, - Böyük Britaniyanın Müdafiə nazirinin müavini deyib.

Londonun “lazım olduğu qədər Ukraynanı dəstəkləmək” öhdəliyində qətiyyətli mövqe tutduğunu xatırladan Lyuk Pollard, habelə Böyük Britaniyanın rəhbərlik etdiyi Ukraynaya Beynəlxalq Yardım Fondunun Kiyevə 400-dən çox PUA verdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığında Böyük Britaniyanın baş naziri Key Starmer ilə 100 illik tərəfdaşlığa dair ikitərəfli sazişi müzakirə edib.

- Böyük Britaniya tərəfindən dövlətimizə göstərilən genişmiqyaslı müdafiə, siyasi və iqtisadi dəstəyinə görə təşəkkür edirik. Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq haqqında sazişdən danışdıq”, - Zelenski bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   Kiyev   PUA-lar  





Xəbər lenti