Məhkəmə Orxan Zeynalovla bağlı qərar verəcək
Məlumata əsasən, ilk olaraq məhkəmə qarşısında dövlət ittihamçısı çıxış edərək müqəssir üçün cəza müddətinin təyin olunmasını tələb edəcək. Bundan əlavə hakimlər müdafiə tərəfi və Orxan Zeynalovun yekun çıxışlarını dinləyəcək. Daha sonra isə məhkəmə bu işlə əlaqədar yekun qərar verəcək.
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.
Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.
Eldar Tanrıverdiyev