"Təşəbbüs qrupu adından bəyan edərək deyirəm ki, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada partiyanın yaradılması prosesinə başlayırıq", - Aqazaryan yazıb.
Ermənistanda siyasi gərginlik: Paşinyan deputatın həbsinə sifariş verdi |
Xatırladaq ki, oktyabrın sonunda parlamentdə Aqazaryanla İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Karamyan arasında mübahisə baş vermişdi və bu qalmaqal az qala davaya çevriləcəkdi. Az sonra Karamyan bir neçə digər nazirlərlə bərabər vəzifəsindən azad edildi. Mübahisəyə qatılan deputat Narek Zeynalyan isə istefa verib. Amma Aqazaryan mandatından imtina etmək istəməyib. O, “Mülki müqavilə”dən ayrıldıqdan sonra müstəqil deputat olub.
Öz növbəsində baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Aqazaryanı deputat mandatından məhrum etmək lazımdır.
Yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə Ovik Aqazaryanın toxunulmazlığının ləğvi təklifi ilə çıxış edəcək. Bundan sonra Aqazaryanı həbs, yaxud ev dustaqlığı gözləyir. Siyasətçinin vəkili iddia edib ki, deputata qarşı cinayət işinin başlanması baş nazir Nikol Paşinyanın şəxsi sifarişi ilə həyata keçirilir.
Tural Tağıyev
AzVision.az