Alman mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb
Eləcə də Prezident İlham Əliyevin hadisənin baş verməsindən sonrakı üç gün ərzində qəzanın səbəbləri ilə bağlı Rusiya tərəfindən cəfəng fikirlərin səsləndirilməsi və bununla da hadisənin əsl səbəbinin ört-basdır edilməsinə cəhd göstərilməsi barədə açıqlamaları xüsusi vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, - fikri sitat gətirilib.
Mediada yer alan informasiyalarda Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi, lakin Rusiyadan öz günahını etiraf etməyi, təqsirkarları cəzalandırmağı və təzminat ödəməyi tələb etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb.
AzVision.az
Teqlər: