Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək

Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək
  30 Dekabr 2024    Oxunub:871
Ötən gün Cənubi Koreyada "Boeing 737-800" təyyarəsinin Muan hava limanında qəzaya uğramasından sonra ölkədə "Jeju Air" aviaşirkətinin balansında olan bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək.
AzVision.az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Cənubi Koreyada olan 41 "Boeing 737-800" təyyarəsinin 39-u "Jeju Air" aviaşirkətinin balansındadır.

Məlumat üçün əlavə edək ki, son məlumata əsasən, Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər həyatını itirib.
AzVision.az



Teqlər:





Xəbər lenti