Ən problemli 10 smartfon

 Ən problemli 10 smartfon
  20 Aprel 2013    Oxunub:2272
“ Samsung Galaxy S 3” ən problemli smartfon hesab olunur. Xatırladaq ki, son zamanlar sığorta şirkətlərinə məhz bu modeldə yaranan problemlə bağlı ən çox müraciət daxil olub. Ən etibarlı smartfon isə, "İpone 3GS" hesab olunur

Ən problemli smartfonlara başçılıq edən“ Samsung Galaxy S 3” 2012 ci ildən “Samsung” smartfonlarının flaqmanı hesab olunur.
Siyahıda 2-ci yeri "HTC Desire" smartfonu tutub. 3 cü yerdə "Nokia Lumia 610", dördüncü yerdə isə "iPhone 4"dür . 4 cü yerdən 10-cu yerə qədər isə, "iPhone 4S", "Sony Xperia S", "BlackBerry Curve 9220", "Samsung Tocco Lite 2", "LG Nexus 4" smartfonları qərarlaşıb.


Siyahını "Mobile İnsurance"sığorta şirkətinin saytı dərc edib. Xatırladaq ki, bu şirkət mobil telefonların sığortası üzrə ixtisaslaşıb. Tərtib olunan siyahı müştərilərin bu sayta müraciətlərindən sonra tərtib olunub.

Müştərilərin müraciətləri müxtəlif səpkidə olur, bura telefonların sınması, proqramların qarışması və müxtəlif şikayətlər daxildir.
Sığorta şirkəti həmçinin telefonların itməsi və oğurlanması zamanı onları yenisi ilə əvəz edir. "Mobile Insurance" şirətinin sahibi Cekson Brokmanın sözlərinə görə, müştərilərdən daxil olan şikayətlərin çoxunda müştərilər özləri günahkardır.


C.Brokmanın qeyd edib ki, ən az şikayət “iPhone 3GS” telefonundan gəlib. 2-ci yerdə isə "BlackBerry Torch 9800" smartfonudur. Brokmanın sözlərinə görə onların ən problemli telefonları dərc etməkdə məqsədləri insanların bu barədə məlumatlı olması və seçim edən zaman bu modellərdən bacara bildikcə uzaq olmalarını istəmələridir. Bu modellərin siyahısı isə belədir:
1. Samsung Galaxy S 3
2. HTC Desire S
3. Nokia Lumia 610
4. iPhone 4
5. BlackBerry Bold 9900
6. iPhone 4S
7. Sony Xperia S
8. BlackBerry Curve 9220
9. Samsung Tocco Lite 2
10. LG Nexus 4

"Mobile Insurance" dən olan mütəxəsislər daha bir maraqlı faktı müştərilərin nəzərinə çatdırıblar. Onların bildirdiyinə görə ağ rəngli mobil telefonlarla bağlı problemlər digər rənglərə nisbətən daha çox yaranır, lakin bunun səbəbi məlum deyil.

"Fixay" şirkəti isə 2013-cü iln fevral ayında ən etibarlı smartfonların siyahısını dərc edib. Siyahıya 3.47 balla "Apple" başçılıq edir. 2 ci yerdə 1.21 balla "Samsung Electronics" 3 cü yerdə “Nokia”dır 0.68 balla. 4 cü yerdə isə 0.13 balla “Motorolla” qərarlaşıb. Şirkət həmçinin müştərilərin smartfonlarda olan problemlərlə bağlı şikayətini də açıqlayıb. “iPhone” istifadəçilərini ən çox narahat edən telefonun batareya hissəsinin zəifliyi, “Samsung” istifadəçiləri isə daha çox mikrafonun keyfiyətsizliyindən gileylənirlər.



Teqlər:  





Xəbər lenti