Orxan Zeynalov: `Heç kimi öldürməmişəm`

Orxan Zeynalov: `Heç kimi öldürməmişəm`
  21 İyul 2014    Oxunub:1289
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə həmyerlimiz Orxan Zeynalov məhkəmə qarşısında sonuncu dəfə çıxış edərək günahsız olduğunu bildirib.

“Hadisə baş verən zaman mən Moskvada olmamışam. Həmin hadisələr əvvəlcədən planlaşdırılmışdı, çünki Pakrovsk bazarını bağlamaq istəyirdilər. Mən günahsızam. Onu deyə bilərəm ki, mən heç kimi öldürməmişəm. Allah hər şeyi görür. Əgər mən onu öldürsəydim, Rusiyadan qaçardım” – deyə, Orxan Zeynalov bildirib.

Daha əvvəl Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il iş istəyib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti