"Mamul" nəşrinin yaydığı məlumata görə, buna səbəb ölkə rəhbərinin sosial şəbəkə hesabını bloqa çevirməsidir. Sosial şəbəkələrin erməni seqmenti hazırda baş nazirin səhər yeməyi hazırlamasını əks etdirən videonu aktiv şəkildə müzakirə edir.
Yayılan görüntülərdə Paşinyan tavada yumurta bişirərək "Biz ailəvi Milad səhər yeməyi hazırlayırıq" deyir. Siyasətçi həmçinin Annaya müraciət edərək izləyicilərin onlara boşqabda yemək yemədikləri üçün irad tutacaqalarını da söyləyir. Ermənistanın baş naziri erməni xalqına yemək prosesini təqdim etməklə yanaşı həyat yoldaşı Anna Akopyanın mətbəxdə əliboş dayanmasını göstərib.
Bəzi saytlar videonun sadə ermənilər arasında qıcıq doğurmasının səbəbini də yazıblar. Jurnalistlər qeyd edirlər ki, ölkə rəhbəri gündəlik həyatına aid az qala hər incə detalı yersiz şəkildə paylaşır. Sadə ermənilərə səhər tavada yumurtanın bujanina ilə necə qarışdırılıb hazırlanması yox, yeni ildə hansı müsbət iqtisadi-sosial proseslərin baş verəcəyinə dair analizlər və vədlər maraqlıdır.
Tural Tağıyev
AzVision.az