Ermənilər Paşinyan ailəsinin "qarğıdalı qonaqlığı"nı lağa qoyurlar- FOTOLAR

 Ermənilər Paşinyan ailəsinin "qarğıdalı qonaqlığı"nı lağa qoyurlar-  FOTOLAR
  27 Fevral 2023    Oxunub:2092
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. AzVision.az xəbər verir ki, erməni cəmiyyəti sosial şəbəkələrdə Paşinyanın həyat yoldaşı Anna Akopyanla qarğıdalı yeyərkən çəkdiyi selfini sərt şəkildə tənqid edir.
Politoloq Tiqran Qriqoryan isə məsələyə bir qədər fərqli yanaşaraq deyib: “Problem Paşinyan və həyat yoldaşının nə yeməsində və həftə sonlarını necə keçirməsində deyil. Problem onların anti-estetik populizmidir. Bu mənada başqa ölkələrin liderlərinin sadəliyi ilə aparılan müqayisələr sadəcə olaraq yersizdir. Heç bir normal dövlət başçısı və ya birinci xanım nə yemək çeynəyərkən, nə də çarpayısından selfi çəkmir”.

"Ermənistan" blokunun üzvü Narek Mantaşyan da qarğıdalı selfisini tənqid edib. O qeyd edib ki, müxalifət nümayəndələri də bu selfiləri paylaşmaqla əslində sadə ermənilərə özü də bilmədən şüraltı təsir edir. Əslində isə indiki rəhbərlərin bahalı səfərləri, milyonlar xərclənən alqı-satqılar təqdim edilməlidir.

"Çünki orta statistik erməni-Nikolu seçən sizin paylaşdığınız fotoya baxıb orada özünü görür və yalan tezislərini davam etdirir. Deyirlər ki, baxın, bizim baş nazirimiz də bizimlə eyni sadə həyat tərzi yaşayır, adi qarğıdalı yeyir. O da köhnələr kimi qızıl yemir. Əvvəlkilərin hər şeyi basıb yeyib-yeməməsinin, müzakirələrin indi fərqi yoxdur. Əsas odur ki, təbliğat maşını işləyir... Ehtiyatlı olun ki, onlara qoşulub istəmədən belə dəstək olmayın”.

Qeyd edək ki, Anna Akopyan fotoları Facebookda paylaşaraq yazıb ki, “Əzizlərim, biz təkcə müxtəlif şəhərləri gəzmirik, həm də piroq və qarğıdalıdan yeyib həzz alır, mağazalarda alış-veriş edirik, qəhvəxanalarda əyləşirik və s. Sadəcə, siz həmişə bizi sezə bilmirsiniz”.








Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti