Belçika vətəndaşlara "yolka"ları yeməməyi tövsiyə edir
"Milad ağacları qida zəncirinə aid deyil", - agentlik bəyan edib.
Yerli media yazıb ki, qurumun məlum bəyanatı “yaşıllar”ın mövqelərinin güclü olduğu Gent Şəhər Şurasının saytında sakinlərə ünvanladığı qəribə müraciətə cavabdır. Belə ki, saytda insanlar küçələrdə yığılıb qalan zibillərin miqdarını azaltmaq üçün milad ağaclarını yeməyə dəvət ediliblər. Gent rəhbərliyi Skandinaviya ölkələrinin təcrübəsindən ilhamlanıblar. Hansı ki, burada ağacların yarpaqlarından sendviçlər üçün pastalar hazırlanması kimi adət var. Bunun üçün əvvəlcə iynəyarpaqlı ağacı qurudurlar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Belçika