İran XİN: "Fransa nüvə danışıqlarına "qeyri-konstruktiv" yanaşmamalıdır

   İran XİN:    "Fransa nüvə danışıqlarına "qeyri-konstruktiv" yanaşmamalıdır
  08 Yanvar 2025    Oxunub:520
"Tehranın nüvə proqramı ilə bağlı Avropa ölkələri ilə danışıqların yeni mərhələsi ərəfəsində rəsmi Paris bu məsələ ilə əlaqədar "qeyri-konstruktiv" yanaşmasını nəzərdən keçirməlidir".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" hesabında yazıb. O vurğulayıb ki, nüvə proqramı ilə Fransa Prezidenti Emmanuel Makronun dilə gətirdiyi iddialar "həqiqətə uyğun deyil".

"Maraqlıdır ki, Fransa özü nüvə proqamı üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, eyni zamanda, İsrailin nüvə silahı əldə etməsində böyük rol oynayır. İran uranı yalnız dinc məqsədlər üçün zənginləşdirir", – o bildirib.

Xatırladaq ki, Emmanuel Makron ötən gün " Tehranın uranı zənginləşdirilməsinin "geri qayıdılmaz" nöqtəyə çatdığını" diqqətə çatdırıb və İranla nüvə sazişindəki avropalı tərəfdaşları sanksiyaların bərpasını nəzərdən keçirməyə çağırıb.
Barro: "İranda saxlanılan soydaşlarımız acınacaqlı haldadırlar"

Digər tərəfdən, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu ölkənin İranda məhbus tutulan vətəndaşlarının acınacaqlı şəraitdə saxlanıldığı iddiasını irəli sürüb, habelə Fransa vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. Bəqayi bu iddialara şərh verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Fransa   nüvə-danışıqları  





Xəbər lenti